Müsəlman şəhəri turizmi inkişaf etdirmək üçün alkoqol vergisini ləğv etdi
Fars körfəzinin “əyləncə paytaxtı” kimi tanınan Dubay turizmi stimullaşdırmaq üçün spirtli içkilərə tətbiq edilən 30 faizlik vergini ləğv edib. Bundan əlavə, Dubayda içki içənlərdən tələb olunan vəsiqə artıq pulsuz olacaq.
Dubay bir müddətdir ki, qanunları yumşaltmağa başlamışdı. Ramazan ayında gündüz spirtli içki satışına icazə verən əmirlik pandemiya zamanı evə çatdırılmanı təsdiqləmişdi. Bu son addımın Körfəz ölkələri arasındakı rəqabətdə şəhəri əcnəbilər üçün daha cəlbedici etmək cəhdi olduğu düşünülür.
Dubayda hər on nəfərdən doqquzu əcnəbidir. Burada yaşayan qeyri-müsəlmanların evdə içki içmək, daşımaq və ya saxlamaq üçün ən azı 21 yaşı olmalıdır. Bundan əlavə, içmək istəyənlərin polis tərəfindən verilmiş spirtli içki vəsiqəsi olmalıdır.
Mənbə: Sözcü
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]