“Mühasibat uçotu haqqında” qanunda və Mülki Məcəllədə gözlənilən dəyişikliklər ölkəyə nə vəd edir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclis “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik etməyə hazırlaşır.
Bu gün müvafiq qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.
Müzakirələrdə iştirak edən deputat Vüqar Bayramov dəyişikliyin əleyhinə çıxıb. “Report” məsələ ilə bağlı maliyyə bazarı üzrə ekspert Xalid Kərimlinin rəyini öyrənib.
Onun fikrincə, “Mühasibat uçotu haqqında” qanunda gözlənilən dəyişiklik biznesin maraqlarıına xidmət edəcək:
“Mümkün dəyişikliklə tanış oldum. Ümumi mahiyyət odur ki, iri sahibkarlıq və müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orta sahibkarlıq subyektləri mühasibat uçotunu mütləq şəkildə həyata keçirsin. Burada məqsəd yoxlamaların asanlaşmasına nail olmaqdır. Belə ki, həmin subyektlərə məxsus böyük məlumat bazası var. Sənəd əsasında onları yoxlamaq da əziyyətlidir. Amma proqram təminatı ilə yoxlama prosesi asan baş tutur. Həmçinin bu prosesdə mövcud kənarlaşmaları müəyyən etmək daha rahat olur. Təbii ki, iri sahibkarlıq subyektlərinin mərkəzləşdirilmiş informasiya sistemi olur. Amma tələb ondan ibarətdir ki, bütün sənədlər ilkin formada “Scan” edilərək sistemdə saxlanmalıdır. Bu isə yoxlamaların daha asan olmasına, tez başa çatmasına imkan verir”.
Milli Məclisin dəyişdirmək istədiyi həm də Mülki Məcəllədir. X.Kərimli hesab edir ki, bu dəyişiklik bankların imkanlarını məhdudlaşdıracaq:
“Azərbaycan banklarında hesab əməliyyatlarının müddətinin azaldılması da biznesin maraqlarına uyğun qərardır. Təklif olunan dəyişikliyə görə, bank pul gələn günü onu müştərinin hesabına oturtmağa məcburdur. Hazırda isə 1 gündən gec olmaması imkanı var. Banklar bir günü qənimət bilib müştərinin vəsaitini hesabına gec vura bilərdilər. İndi isə bu müddət ləğv edilir ki, vəsait dərhal hesaba köçsün və müştəri ondan tez istifadə etsin. Son nəticədə bankların həmin vəsaitlərdən 1 gün faizsiz istifadə imkanları məhdudlaşır”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]