
Müfəttişlər Ağcabədidə istehsal müəssisəsini bağladılar – FOTO
Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, agentliyin müfəttişləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fiziki şəxs Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçiriblər.
Baxış zamanı müəssisədə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə olunub. Müəssisədə texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]