Müəssisə direktoru: “İstehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Müəssisə direktoru: “İstehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt Kimya Sənaye Parkında ötən gün Prezident İlham Əliyev tərəfindən açılan “Novus Plastica” MMC – polimer qatqıların istehsalı müəssisəsində istehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri müəssisənin direktoru Fərid Cəfərov deyib.

Onun sözlərinə görə, illik 6 min ton qara polimer qatqı, 2 min ton sənaye qablaşdırma plomkası istehsal ediləcək:

“Zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək”.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top