
Müalicə olunmamış zökəmin qorxunc fəsadları
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zökəmin yanlış müalicəsi və ya ona məhəl qoymamaq ciddi xəstəliklərin inkişafına səbəb ola bilər”.
Bunu rusiyalı otorinolarinqoloq, cərrah Aleksey Litvinov deyib.
O, sonadək müalicə olunmayan zökəmin sinüsitə, hətta haymoritə keçə biləcəyini vurğulayıb. Həmçinin iltihab digər burunətrafı ciblərə da keçərək rinosinüsitə səbəb ola bilər. Bu xəstəlik burun tutulması, irinli ifrazat və güclü baş ağrısı ilə xarakterizə olunur.
Otorinolarinqoloq xəbərdarlıq edib ki, bu vəziyyətdə xəstəliyə məhəl qoymasanız və dərhal onunla məşğul olmağa başlamasanız, bu, hətta kəllədaxili rinogen ağırlaşmalara qədər gətirib çıxara bilər.
“Bu, inkişaf mexanizmi iltihab yaradan bakteriyaların ilkin infeksiya ocağından beyin qişalarına nüfuz etməsinə əsaslanan bütöv bir xəstəlik qrupudur. Bu, qan sepsisi, görmə sinirinin və gözün qişalarının iltihabı, osteomiyelit, beyinin absesi, meningitə gətirib çıxarır”, – deyə Litvinov bildirib.
Sonda o xatırladıb ki, haymorit zamanı insanda tromboz – beyin ciblərinin ölümlə nəticələnən tıxanması inkişaf edə bilər. Bu baxımdan, vaxtında mütəxəssisə müraciət etmək vacibdir.
Mənbə: osnmedia.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Antarktika vulkanları Yer kürəsini yaşayış üçün yararsız edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bir sıra tədqiqatçıların fikrincə, Yer kürəsində həyat təkcə […]
-
Heyvanlar aləmində pandemiya: İnsanlar da təhlükədə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Quş qripinin (HPAI – H5N1) hazırkı epidemiyası 2021-ci […]
-
Sahildə tapılan “su pərisinin” qalıqları bioloqları çaşbaş saldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Papua Yeni Qvineya bölgəsində yerləşən Simberi adasının sahilində […]