Monteneqronun iki şəhərində meşə yanğını baş verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Monteneqronun iki şəhərində meşə yanğını baş verib

Podqoritsa, 15 avqust, AZƏRTAC

Monteneqronun şimalındakı Pluzine və mərkəzi hissəsindəki Tuzi şəhərində meşə yanğınları olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi ordunun Pluzinedəki yanğını söndürülməsinə cəlb olunduğunu açıqlayıb. Bildirilib ki, mülki müdafiə qrupları və havadan helikopter ərazidə alovu lokallaşdırmağa çalışır.

Tuzi şəhərində isə yanğın evlərə çox yaxınlaşıb və bəzi sakinlərin əmlakı üçün təhlükə yaradıb. Əraziyə xilasetmə qrupları və könüllülər cəlb edilib.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top