Moldovanın hazırkı prezidenti ikinci müddətə namizədliyini irəli sürəcəyini elan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Moldovanın hazırkı prezidenti ikinci müddətə namizədliyini irəli sürəcəyini elan edib

Kişineu, 23 avqusta, AZƏRTAC

Moldovanın hazırkı Prezidenti Maya Sandu ikinci müddətə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.

Bu barədə AZƏRTAC “NewsMaker” nəşrinə istinadla xəbər verir.

“Müstəqillik əldə etdikdən sonra biz referendumda ilk dəfə xarici siyasət kursumuzu müəyyən edəcəyik. Əminəm ki, xalqımız sülhü və azadlığı seçir. Həmçinin 2024-cü ildə biz prezident seçəcəyik. Mənim proqramım aydındır: qarşılıqlı anlaşma, daha yaxşı şərait”, – deyə Sandu bildirib.

Nəşr bildirib ki, onun namizədliyini irəli sürdüyü partiya “Hərəkət və Həmrəylik” (PAS) adlanır.

Məlumata görə, indi Maya Sandunun təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir. Bundan sonra inzibati ərazi vahidlərinin ən azı yarısında 25 minə yaxın imza toplamaq lazım gələcək. Yalnız bundan sonra MSK Sandunu rəsmi olaraq namizəd kimi qeydə ala biləcək.

Qeyd edək ki, avqustun 1-də Moldovada prezident seçkiləri kampaniyası rəsmən başlayıb. Ölkədə seçkilər oktyabrın 20-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top