Misir xarici işlər naziri: Qəzzada atəşkəs regionda gərginliyin qarşısını ala biləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Misir xarici işlər naziri: Qəzzada atəşkəs regionda gərginliyin qarşısını ala biləcək

Bakı, 15 avqust, AZƏRTAC

Qəzza zolağında atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur.

AZƏRTAC xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bedr Abdulatin amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Misirli nazir vurğulayıb ki, Qəzzada dərhal və hərtərəfli atəşkəs razılaşması mümkün qədər tez əldə edilməlidir. “Bunun üçün son dərəcə ciddi yanaşma və danışıqlar aparan tərəflərdən real siyasi iradənin təzahürü tələb olunacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin Dohada baş tutacağı gözlənilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top