Misir Prezidenti Türkiyəyə səfərə gəlir
Ankara, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Misir Prezidenti Əbdülfəttah əs-Sisi 12 illik fasilədən sonra Türkiyəyə ilk rəsmi səfərini edəcək.
AZƏRTAC xəbər verir ki, Misirin dövlət başçısı Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Şura iki ölkə rəhbərlərinin 14 fevral 2024-cü il tarixində Qahirədə imzaladığı birgə Bəyannamənin tələblərinə əsasən yaradılıb.
Şuranın Ankarada keçiriləcək iclasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi yollarının, eləcə də regional və qlobal gündəliyin müzakirəsi planlaşdırılır.
Danışıqların yekunlarına dair bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Bundan əvvəl Ankara və Qahirə birgə ticarət dövriyyəsini ildə 10 milyard dollardan 15 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan etmişdilər.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]