Miras Jiyenbayev: Qazaxıstan Bakıda keçiriləcək COR29 konfransına hazırlığı böyük maraqla izləyir
Astana, 9 iyul, AZƏRTAC
Azərbaycan Qazaxıstan üçün dost ölkədir, bunu ən yüksək səviyyədə tez-tez baş verən təmaslar təsdiqləyir.
Bu barədə AZƏRTAC-a “Maqsut Narikbayev University” MIND elmi-analitik mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jiyenbayev bildirib.
O vurğulayıb ki, hər iki ölkə türk dünyasının tarixi və müasir inkişafı ilə bağlı oxşar baxışları bölüşür.
“Ölkələrimizi təkcə ümumi tarix və mədəniyyət deyil, həm də mühüm iqtisadi perspektivlər birləşdirir. Qazaxıstan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat və innovasiyalarda fəal əməkdaşlıq edirlər”, – deyə Jiyenbayev qeyd edib.
Ekspert bildirib ki, Qazaxıstan Bakıda keçiriləcək COP29 konfransına hazırlığı böyük maraqla izləyir və bu mühüm beynəlxalq tədbirdə ən yüksək səviyyədə fəal iştirak etməyə hazırdır.
“Biz bu mühüm tədbirin Bakıda keçirilməsi ilə əlaqədar gündəmlə bağlı azərbaycanlı qardaşlarımızla konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməyə hazırıq”, – deyə o əlavə edib.
İkitərəfli münasibətlərin perspektivlərindən danışan ekspert onların daha da möhkəmlənəcəyinə əminliyini bildirib. “Biz Azərbaycan və Qazaxıstanın yaxınlaşmasında mühüm və simvolik addımlar görürük. Məsələn, Azərbaycan lideri Astanada “ŞƏT+” formatında keçirilən görüşdə şəxsən iştirak edib, bununla da Qazaxıstana simvolik dəstək verib. Bu jest ölkələrimiz arasında qardaşlıq münasibətlərini və ikitərəfli dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bundan əlavə, o, “ŞƏT+” çərçivəsində Qazaxıstan təşəbbüslərini dəstəkləyərək, bu misilsiz qarşılıqlı etimad səviyyəsini çoxtərəfli formata keçirməyə hazır olduğunu nümayiş etdirir”, – deyə o vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]