
Minimum əməkhaqqı ala bilməyənlər nə etməlidirlər? – Xidmətdən XƏBƏRDARLIQ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin minimum əməkhaqqı artımını etmədiyi halda vətəndaşın hara müraciət etməsi ilə bağlı məsələyə münasibət gətirib.
Oxu.Az-ın məlumatına görə, bunu xidmətin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırov bildirib.
Onun sözlərinə görə, bununla bağlı məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir:
“Bizim xidmətin müvafiq şöbələri tərəfindən əmək və məşğulluq altsisteminə baxış keçirilir, əmək müqavilələri bildirişləri barədə araşdırma aparılır. Bizim tövsiyəmiz ondan ibarətdir ki, işəgötürənlər 2023-cü ilin fevralın 1-dən bu prosesi həyata keçirsinlər. Biz sistem üzərindən hansı şirkətlərin işçilərinin minimum əməkhaqqı artımını etdiyini görə bilirik. İşçilər üçün minimum əməkhaqqı 345 manat olmalıdır və hər bir şirkət buna əməl etməlidir. Qanunvericiliyin tələblərini pozanlarla bağlı fevral ayından etibarən müvafiq addımlar atılacaq”.
O qeyd edib ki, 2022-ci ildə idarəyə əmək müqavilələri ilə bağlı 8 299 müraciət daxil olub:
“Onlardan 1 917-si təkrar xarakterli olub. Yerində araşdırmaya zərurət yarandığından 2 767 vətəndaş birbaşa rəhbərlik tərəfindən qəbul edilib. 745 hal üzrə cərimə tətbiq edilib, 49 nəfər qeyri-qanuni işdən azad olunan vətəndaş isə işinə bərpa edilib”.
İlhamə Əbülfət
BƏNZƏR MƏQALƏLƏR
-
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” – FOTO
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr […]
-
Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq
Pərviz Heydərov yazır… Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun […]
-
SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və […]