Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal edilib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mingəçevir Sənaye Parkında doqquz ayda 54 milyon manatlıq məhsul istehsal edilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin yanvar-sentyabr aylarında tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 54 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, indiyə qədər Mingəçevir Sənaye Parkına 159 milyon manatlıq investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86%-i ixrac edilib.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top