
Milli Məclis Ulu Öndərin 100 illiyi münasibətilə yaşıllaşdırma aksiyası təşkil edib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Milli Məclisin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yaşıllaşdırma aksiyasında Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri, deputatlar və parlament aparatının kollektivi iştirak ediblər.
Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, aksiyada eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ölkəmizin artan gücü və potensialı hər kəsin diqqətini çəkir – şərh
Bakı, 1 iyun, AZƏRTAC Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısında iştirak etməsi […]
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]