Milli Məclis AMB və ARDNF-lə görüş keçirəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Milli Məclis AMB və ARDNF-lə görüş keçirəcək

Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə Milli Məclis üzvləri arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

“Görüş AMB-nin təşəbbüsü ilə baş tutacaq. Azərbaycanda inflyasiyanın tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə sabitliyi barədə müzakirələr aparacağıq”, – o qeyd edib. 

T.Mirkişili əlavə edib ki, Milli Məclislə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) arasında da görüş planlaşdırılır:

“Bu görüşdə valyuta ehtiyatlarının idarəedilməsi müzakirə olunacaq. Belə görüşlər digər qurumlarla da keçiriləcək”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top