
Milli domen zonasında saytların sayı artıb
Milli domen zonası .az-da 24 882 internet-resurs qeydə alınıb. Economic.az Trendə istinadən WHOIS resursunda yerləşdirilən hesabata əsasən xəbər verir.
2016-ci ilin I rübünün nəticələrinə görə, .az domenində qeydiyyatdan keçmiş internet-resursların sayının artması 1,2% təşkil edib.
Qeydiyatdan keçmiş resurların 23 164-ü birinci səviyyəli domendə qeydə alınmış saytlardır, bu da ilin əvvəlinə olan göstəricidən 1,4% çoxdur.
İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (1% azalma) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyyatdan keçib. 2016-ci ilin I rübünün nəticələrinə görə, edu.az domenində qeydiyyatdan keçmiş saytların sayı 5,3% artıb.
Qeyd edək ki, milli domen zonası – .az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domendə qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Məmməd Abbasbəyli: “Korrupsiya ilə mübarizə məqsəd deyil”
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətini […]
-
“WhatsApp” “Telegram”ı üstün edən funksiyanı işə salmağı bacarmadı
“WhatsApp”ı bu qədər populyar edən tətbiqin mütəmadi olaraq yenilənməsidir. Amma bu dəfə yeniləmələrdən biri gözlənilən […]
-
ABŞ-nin İT şirkətindən yenilik: Fotonu göstərin, yemək bişirməyə kömək etsin – FOTO
ABŞ-nin İT şirkəti “OpenAI” generativ süni intellektə malik dil modelinin yeni versiyası olan “GPT-4”ü rəsmən […]