Mikayıl Cabbarovdan Olimpiadaya vəsiqə qazanan idmançılarla bağlı paylaşım – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mikayıl Cabbarovdan Olimpiadaya vəsiqə qazanan idmançılarla bağlı paylaşım – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Paris Olimpiadasına lisenziya qazanan idmançılarımızı təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı nazir “X” sosial şəbəkəsində paylaşım edib.

“Bakıda Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə yığma komandamızın üzvləri Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) Paris – 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında uğurlar arzulayırıq”, – M.Cabbarov qeyd edib.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top