Mikayıl Cabbarov: “Pirallahı Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub” – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Pirallahı Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pirallahı Sənaye Parkında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 12,3 milyon manatlıq məhsul istehsal edilib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki şəxsi hesabında yazıb.

O bildirib ki, Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub.

“Pirallahı Sənaye Parkına indiyədək rezidentlər tərəfindən 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top