
Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə son hesabatına əsasən “2030 Gündəliyi”nin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq, dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, “2023-cü il DİM” hesabatında qeyd olunduğu kimi, bu gün hədəflərin yalnız 15%-i müvəffəqiyyətlə icra olunur.
“DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin artırılması, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır”, – deyə nazir qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]