
Mikayıl Cabbarov: “2019-cu ildən bəri qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
“Bu, ildə 70 min iş yeri deməkdir, bağlanmış iş yerləri ilə müqayisədə çoxdur və Azərbaycanda güclü özəl qeyri-neft-qaz sektorunun inkişafı üçün atılan xüsusi addımların nəticəsidir”, – deyə o qeyd edib.
Nazir həmçinin əlavə edib ki, son 20 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 4 dəfə, adambaşına düşən ÜDM isə 3,2 dəfə artıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]