
“Microsoft” inqilabi dəyişklik: İllərdir istifadə edilən vacib düymə süni intellektə görə ləğv edilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Microsoft” şirkəti “Windows”un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün “Start” düyməsini ləğv edə bilər.
Bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.
Yeni funksiyanın “Copilot” adlandığını deyən şirkət rəhbəri onun “Start” düyməsinə bənzədiyini vurğulayıb.
“O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq”, – deyə Nadella vurğulayıb.
“Microsoft”un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək. Onun sözlərinə görə, “Windows 12” istifadəçiləri üçün “Start” vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.
“Start” – “Windows”un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə “Microsoft”un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış “Windows 95”də görünüb.
Mənbə: PCWorld
BƏNZƏR MƏQALƏLƏR
-
Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”. […]
-
Cefri Brayan Straubel: “Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”. […]
-
Şahmar Mövsümov: “Süni intellektlə bağlı müəyyən çağırışlar var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan ölkə olaraq, dərin və zəngin tarixə malikdir. […]