Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq yaranıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək olan hissədə təmir işləri aparılır.

Economic.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən də Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyə qədər məhdudiyyət qoyulub və həmin hissədə nəqliyyat müvəqqəti olaraq yolun əks hərəkət olan hissəsinə yönləndirilir.

Qeyd edək ki, aparılan təmir işləri Mətbuat prospektində və A.Şərifzadə küçəsində həmin hissədə sıxlığa səbəb olur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top