Məsud Pezeşkian İranda prezident seçkilərində qalib gəlib
Bakı, 6 iyul, AZƏRTAC
İranda keçirilən prezident seçkilərində islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.
O, IRIB telekanalında bildirib ki, bütün 30,530 milyon bülletenlərin hesablanmasının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – ümumi səslərin azı 53,6 faizi.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3 faiz səs toplayıb.
Eslami qeyd edib ki, seçici fəallığı 49,8 faiz təşkil edib. Səsvermənin ikinci turunda ümumilikdə 30,530 milyon seçici iştirak edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]