Məşhur pişik Larri növbəti baş naziri qarşılamalı olacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məşhur pişik Larri növbəti baş naziri qarşılamalı olacaq

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 4-də Britaniyada keçirilən parlament seçkilərinin nəticələrinə görə, 2010-cu ildən bəri hakimiyyətdə olan Mühafizəkarlar partiyası ciddi məğlubiyyətə düçar olub. Bu dəfə leyboristlər Nazirlər Kabinetini qurmaq hüququ əldə ediblər və Kir Starmer Böyük Britaniyanın yeni Baş naziri vəzifəsini tutub. O, Baş nazirin Londonda Dauninq-strit 10 ünvanında yerləşən iqamətgahının qocaman siçan ovçusu pişik Larri üçün Britaniya hökumətinin altıncı başçısıdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Larri 2011-ci ildə Devid Kemeronun Britaniya hökumətinə rəhbərlik etdiyi vaxtdan siçan ovçusu vəzifəsini icra etməyə başlayıb. Daha sonra Tereza Mey, Boris Conson, Liz Trass və öz partiyasının məğlubiyyətini etiraf edən və sükanı K.Starmerə təhvil verən Rişi Sunak Baş nazir postunda bir-birini əvəzləyiblər.

Əgər sonuncu baş nazir öz pişiyini Dauninq-stritə gətirməyə qərar verərsə, bu, qoca Larrinin sakit həyatının pozulmasına səbəb ola bilər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top