
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 413-ə çatıb
Onlar tərəfindən marafona 1854 vakansiya təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulan və bununla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən işəgötürənlərin sayı artmaqdadır.
Marafonda iştirak edən işəgötürənlərin sayı artıq 413-ə çatıb. 202-si dövlət, 211-i özəl müəssisələr olan həmin işəgötürənlər tərəfindən marafona 1854 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə artıq 469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 369-u qazi, 100-ü şəhid ailəsi üzvləridir.
Hazırda vakansiyalar üzrə həmin kateqoriyalardan olan vətəndaşlara göndərişlərin verilməsi prosesi davam edir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]