Mərmərə Qrupunun rəhbəri “Monqolustan Sülh” medalına layiq görülüb
İstanbul, 7 avqust, Günel Karatepe, AZƏRTAC
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver sülh və Türk-Monqolustan münasibətlərində yüksək xidmətlərinə görə “Monqolustan Sülh” medalına layiq görülüb.
Bu barədə AZƏRTAC-a məlumat verən professor Akkan Suver medalın ona İstanbulda keçirilən rəsmi mərasimlə təqdim edildiyini deyib.
Bildirilib ki, tədbirdə Türkiyədə səfərdə olan Monqolustan Sülh və Dostluq Federasiyasının direktorları, Monqolustanın Ankaradakı səfiri Gombosuren Munkbare və türk tarixçi, böyük elm xadimi professor İlber Ortaylı da iştirak ediblər.
Tədbirdə çıxış edən professor İlber Ortaylı iştirakçılarla tarixi biliklərini bölüşüb. Monqolustanın Ankaradakı səfiri isə Akkan Suverə ötən illər ərzində sülhlə bağlı dialoqa göstərdiyi səylərinə görə təşəkkürünü ifadə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]