
“Merkuri 1” gəmi-bərəsi əsaslı təmir olunaraq, yenidən istismara qaytarılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri 1” gəmi-bərəsi əsaslı təmir olunub.
Səhmdar cəmiyyət xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəmi-bərənin baş mühərrikləri əsaslı təmir olunub, üç ədəd köməkçi mühərrikindən ikisi yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip bir ədəd “Inmarsat-C” peyk rabitə terminalı, 2 ədəd mobil ultraqısa dalğalı (UQD) radiostansiya, bir ədəd dərinlik ölçən exolot, iki ədəd stasionar UQD radiostansiya üçün anten, bir ədəd elektron xəritə (ECDİS), radiolokasiya stansiyası (RADAR) və girokompas quraşdırılıb.
Eyni zamanda “Merkuri 1” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]