Mərkəzi Bank auditor axtarır
Azərbaycan Mərkəzi Bankı Banklararası Kart Mərkəzinin (BKM) “Ödəniş Kartları Sahəsində Məlumat Təhlükəsizliyi Standartlarının (Payment Card Industry Data Security Standards) 3.2 versiyasının tələblərinə (PCI DSS) uyğunluğu üzrə auditin həyata keçirilməsi və PCI DSS sertifikatının satın alınması üçün açıq tender elan edib.
Bu barədə rəsmi qəzetə istinadən xəbər verilir.
İddiaçı tender təklifi və təklifin bank təminatını dekabrın 19-dək, digər tələb olunan sənədləri isə dekabrın 9-dək Mərkəzi Banka (Bakı şəhəri, R.Behbudov küçəsi,90) təqdim etməlidir.
Tender təkliflərinin açılışı proseduru dekabrın 20-də saat 15.00-da AMB-nin inzibati binasında keçiriləcək. Tender üzrə müqavilə imzalandığı gündən xidmətin göstərilməsinə başlanılacaq.
Report.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]