Məmməd Abbasbəyli: “Rəqabət reyestrinin yaradılması üçün zaman lazımdır” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məmməd Abbasbəyli: “Rəqabət reyestrinin yaradılması üçün zaman lazımdır”

“Gələcəkdə Azərbaycanda rəqabət reyestrinin yaradılmasını dəstəkləyirik, amma bunun üçün müəyyən zaman lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında – Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

“Hökmran mövqe reyestrinin olması hər bir iştirakçı üçün maraqlı olardı. Amma rəqabət orqanı çox geniş data üzəridə işləməlidir. Reyestrin yaradılması iştirakçıların mövqeyini yüngülləşdirərdi. Amma bu gün onun icra mexanizminin olması çətindir. Çünki qısa müddətdə çox böyük datanın yığılması işi aparılmaldır. Bu, uzun müddət tələb edən məsələdir. İkincisi, bazarda sahibkarların fəaliyyəti dinamikdir və bazar payları tez-tez dəyişir. Ona görə də, çevikliyin təmin edilməsi baxımından reyestrin yaradılması rəqabət orqanının üzərinə qeyri-adekvat məsuliyyət qoya bilər”, – deyə o qeyd edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top