
Məmməd Abbasbəyli: “Korrupsiya ilə mübarizə məqsəd deyil”
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətini gücləndirib”.
“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “İSO 37001: 2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə dair” tədbirdə deyib.
M.Abbasbəyli bildirib ki, hazırda dövlət rəqabət portalının hazırlanması başa çatmaq üzrədir:
“Eyni zamanda keyfiyyət portalının da hazırlanmasına başlanılıb və qısa müddətdə başa çatdırılacaq”.
Dövlət Xidmətinin rəisi korrupsiya ilə mübarizə üsullarından da danışıb:
“Korrupsiya ilə mübarizə məqsəd deyil, dayanıqlı inkişaf üçün bir alətdir. Rəqabətli mühitin formalaşması vacibdir. Korrupsiyanın da qarşısının alınmasının əsaslarından biri açıq, şəffaf və rəqabətli mühitin formalaşmasıdır. Korrupsiyaya qarşı mübarizə situativ olmamalıdır, sistemli mübarizə olmalıdır. Korrupsiyaya qarşı sistemli mübarizənin elementləri idarəetmə sistemlərinin təkmilləşməsindən ibarətdir. Bu həm sahibkarlıq subyektlərinin, həm də dövlət qurumlarının fəaliyyətinin idarəedilməsində olmalıdır. Dövlət orqanlarının fəaliyyətinin əsasında qanunvericilik bazası durur. Bu normativ bazanın mütəmadi təkmilləşdirilməsinə ehtiyac var. Artıq Rəqabət Məcəlləsinin də təsdiqlənməsi son mərhələdədir. Digər tərəfdən, hesabatlılığın da təmin edilməsi mütləqdir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Corc Dik: “Kibertəhlükəsizlik Mərkəzi İsrail təcrübəsinə malik ən yaxşı mütəxəssislər hazırlayacaq” – FOTO
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu həftə Bakıda açılışı olan Kibertəhlükəsizlik Mərkəzində olub. Diplomat bu barədə […]
-
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar – FOTO
“WhatsApp”ın beta versiyasında “Newsletter” (xəbər bülleteni) xüsusiyyəti görünüb. Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında […]
-
Mask Obamanı “taxtından devirdi” – FOTO
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan […]