MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən silsilə seminarlar başa çatıb.

ECONOMİC: Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək davam edən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb. İyulun 14-də seminarın bağlanış mərasimində çıxış edən “ADA” Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışıb.

Daha sonra “ADA” Universitetinin prorektor müavini, İxtisasartırma Programlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib. Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib.

Seminar iştirakçıları isə bu seminarların təşkilindən məmnunluğunu ifadə ediblər.

Sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər üzvləri iştirak edib. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşüblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: