Media: Pakistanda son ay yarımda leysan yağışlar nəticəsində 195 nəfər ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Media: Pakistanda son ay yarımda leysan yağışlar nəticəsində 195 nəfər ölüb

Bakı, 19 avqust, AZƏRTAC

İyulun 1-dən avqustun 17-dək Pakistanın müxtəlif bölgələrində yağan güclü yağışlar zamanı ölənlərin sayı 195 nəfər olub, daha 362 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ölkənin Milli Fəlakət İdarəetmə İdarəsinin hesabatında yer alıb.

Məlumata görə, son 24 saat ərzində 7 sakin həlak olub. Daşqınlardan ən çox zərər çəkən əyalət Pəncabdır.

İyulun 1-dən indiyədək 2293 daşınmaz əmlak dağılıb, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.

Avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış yağacağı gözlənilir. Bu da bəzi bölgələrdə daşqınlara səbəb ola bilər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top