Məcnun Məmmədov: “Bu il Qarabağda əsasən dəmyə əkinləri həyata keçirilib” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məcnun Məmmədov: “Bu il Qarabağda əsasən dəmyə əkinləri həyata keçirilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il quraqlıq olduğu üçün Qarabağ bölgəsində ilkin əkinlər əsasən dəmyə əkinləri olub.

Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni su hövzələrinin inşası üzərində iş gedir. “Sərsəng” su anbarından istifadənin layihəsi üzərində işlənilir. Bu anbardan bu günə qədər istifadə edilməyib. Obyekt Tərtər, Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarılmasına dəstək olacaq”,- deyə o əlavə edib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 6 su anbarı (Sərsəng, Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay) var. Əlavə olaraq 3 su anbarının (Zabuxçay, Həkəriçay, Bərgüşadçay su anbarları) tikintisi nəzərdə tutulub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top