Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılır

Bakı, 14 avqust, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) məcburi köçkünlər üçün “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda silsilə təlimlər keçirir.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkilində əsas məqsəd işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk amilinin minimuma endirilməsidir.

Təlimlərin “Qapı-qapı” formatında keçirilən sessiyaları AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən davam etdirilir. Belə ki, təlimçilər məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərinə gedərək hər bir ailəyə zəruri məlumatlar verir, onların suallarını cavablandırırlar. Ümumilikdə təlimlərə indiyədək 20 minə yaxın məcburi köçkün cəlb olunub.

Təlimlər bu ilin sonunadək davam edəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top