Mayın 6-da Azərbaycanda COVID-19 əleyhinə 151 doza vaksin vurulub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mayın 6-da Azərbaycanda COVID-19 əleyhinə 151 doza vaksin vurulub

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 151 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 42, ikinci doza vaksinlərin sayı 82, üç və daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 535, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 951, ikinci mərhələ üzrə 4 milyon 882 min 363, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 42, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 179-dur.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top