
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC
İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, hücumçu buna Superliqanın XXII turu çərçivəsində “Trabzonspor” ilə oyunda qol vurmaqla nail olub. Argentinalı futbolçu “Qalatasaray”dakı ilk mövsümündə “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”a qol vuran ilk oyunçudur.
“Qalatasaray”da icarə əsasında çıxış edən İkardi Superliqada cari mövsüm 10 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qalatasaray” klubu “Trabzonspor”la oyunda 2:1 hesabı ilə qalib gəlib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib
Bakı, 27 fevral, AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü […]
-
Gəncə sakinlərindən silah və narkotik götürülüb
Gəncə, 27 fevral, Elcan Məmmədov, AZƏRTAC Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin […]
-
İranda vətəndaşlar aksiyaları, hakimiyyət isə edamları davam etdirir
Bakı, 27 fevral, AZƏRTAC Ölkə ərazisində sabitliyi təmin edə bilməyən İran hökuməti regionda təhlükəsizliyin təminatçısı […]