Martda “Unicapital İnvestisiya Şirkəti”nin göstərdiyi xidmətin həcmi 35 milyon manatı ötüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Martda “Unicapital İnvestisiya Şirkəti”nin göstərdiyi xidmətin həcmi 35 milyon manatı ötüb

“Unibank”ın “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə artıq iki aydır davamlı olaraq investisiya şirkətlərinin reytinqinə başçılıq edir.

Martın nəticələrinə görə də “Unicapital İnvestisiya Şirkəti” bazarın ən çox xidmət göstərən şirkətidir. Bakı Fond Birjasının analitik şöbəsinin hesablamalarına əsasən, martda şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi 35 milyon manatı ötüb.

Nizamnamə kapitalı 100 faizlik “Unibank”a məxsus olan “Unicapital İnvestisiya Şirkəti” qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir.

Uğurlu bazar təcrübəsi sayəsində şirkət istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Hazırda “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300.000 manat təşkil edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top