Marneulidə görkəmli Azərbaycan alimi ilə görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Marneulidə görkəmli Azərbaycan alimi ilə görüş keçirilib

Tbilisi, 11 avqust, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərində “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi”nin prezidenti, kimya və əczaçılıq elmləri doktoru Qaraxan Yaqubovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı, Marneuli, Bolnisi və Dmanisidən gəlmiş qonaqlar, ziyalılar, gənc şairlər və yazıçılar, müəllimlər və aşıqlar iştirak etdilər.

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov görüşün məqsəd və məramı barədə danışıb.

Sonra professor Mahmud Kamaloğlu Qaraxan Yaqubov haqqında iṣtirakçılara geniṣ məlumat verib.

Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev mədəniyyətimizin inkişafında görülən işləri qeyd edib, bu cür tədbirlərin digər bölgələrdə keçirilməsinin vacibliyini vurğulayıblar.

Qaraxan Yaqubov tədbirin təşkilatçılarına təşəkkür edib, Dünya Azərbaycanlılarının birliyinin daha da möhləmlənməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Tədbirin sonunda “Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi” tərəfindən bəzi şəxslərə fəxri adlar və diplomlar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top