“Mariya” qasırğası Yaponiyada qatarların hərəkətində və aviareyslərdə fasilələr yaradıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Mariya” qasırğası Yaponiyada qatarların hərəkətində və aviareyslərdə fasilələr yaradıb

Bakı, 12 avqust, AZƏRTAC

“Mariya” tropik qasırğası Honsyu adasına çatıb və Yaponiyanın nəqliyyat sistemində fasilələr yaradıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Tohoku bölgəsində pis hava şəraiti ilə əlaqədar Morioka və Akita stansiyaları arasında qatarların hərəkəti məhdudlaşdırılıb.

“Japan Airlines” və “All Nippon Airways” aviaşirkətləri bir sıra regional reysləri ləğv edib. Qeyd olunur ki, məhdudiyyətlər çərşənbə axşamı səhərə qədər davam edə bilər.

Təbii fəlakət bazar günü İvate prefekturasına çatıb. Burada son iki gündə 46 santimetrə qədər yağış yağıb. Bundan əlavə, proqnozlara görə, çərşənbə axşamı 25 santimetrə qədər yağıntı olacağı gözlənilir.

Bazar günü “Mariya” fırtına kimi deyil, daha güclü təbii fəlakət – tayfun kimi təsnif edilib. Qasırğanın əhatə dairəsində küləyin sürəti hazırda saatda 72 kilometrdən çox deyil.

Yaponiya hakimiyyəti isə daşqın, sel və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib və İvate, Aomori və Miyaqi prefekturalarının 170 min sakinini evlərini tərk edərək sığınacaqlarda yerləşməyə çağırıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top