
Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyası fəaliyyətə başlayıb
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb. Attestasiya Komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab edilib.
Qeyd edək ki, Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının İdarə Heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.
Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, daxili audit xidmətinin rəhbəri və baş mühasiblər), aktuari fəaliyyəti ilə məşğul olan şəxslər, sığorta agentləri və ya onların rəhbərləri və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə test vasitəsilə həyata keçiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]