
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni iş elanı
Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/böyük hüquqşünası
Namizədə dair tələblər:
• Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi
• Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti
• Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı
• Normayaradıcılıq bacarığı
• Komanda ilə işləmək bacarığı
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
İşin təsviri:
• Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi
• Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması
• Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi
• Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi
• Palataya daxil olan hüquqi sorğuların cavablandırılması
• Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi
• Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak
• Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini hr@fmsa.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək
Məktəblidən tutmuş yetkin yaşına çatmış hər kəsə karyera xidməti barədə məsləhət vermək üçün “Alo Karyera” […]