Maldiv adalarına getməmişdən öncə bilməli olduğunuz bir neçə vacib məsələ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Maldiv adalarına getməmişdən öncə bilməli olduğunuz bir neçə vacib məsələ

Məqalənin başlığında verilən sualın cavabı bir sözdən ibarət ola bilərdi — «Bəli». Amma biz qısa cavabla yetərlənmirik. Bu məqalədə sizə Maldiv adalarının dəhşətli dərəcədə baha yer olmadığını göstərmək istəyirik.

Maldiv adalarına getməmişdən öncə bilməli olduğunuz bir neçə vacib məsələ:

  1. Vizaya ehtiyac yoxdur
  2. Maldiv adaları təkcə lyuks kurortların olduğu yerlər deyil, adi adaları da var
  3. Müsəlman ölkəsi olduğundan, burada alkoqollu içkilər adi mağazalarda satılmır
  4. Öz səyahətinizi özünüz qura bilərsiniz!

Keçək ətraflı müzakirəyə.

Otellər, nəqliyyat, qidalanma

Booking.com saytında bütün otellərə baxa bilərsiniz. Biz biraz araşdırdıq, gecəsi 30 dollardan başlayan otel belə tapdıq. Avropa qiymətlərindən çox da fərqlənmir, deyil mi? Ölkə 300-dən artıq adadan ibarətdir ki, bütün adalarda o şəkillərdə gördüyünüz ağ qumsal çimərliklər və mavi sular var. Demək istəyirik ki, məhz beş ulduzlu sıyahət deyilsə istədiyiniz, Maldiv adalarını görməkdirsə — hər cibə uyğun variantlar tapmaq olar. Ölkənin paytaxtı — Male adasıdır. Təyyarələb bu adada yerləşən hava limanına gəlir. Malenin özü çox sıxdır, burada çox adam yaşayır, evlər çoxdur. Digər «local» yəni yerli əhalinin yaşadığı adalara getmək üçün ictimai nəqliyyatdan istifadə edə bilərsiniz. Burada ictimai nəqliyyat çox vaxt avtobus deyil, amma avtobus kimi işləyən balaca gəmilərdier. Bir adadan digərinə getmək ortalama 4-8 manata başa gəlir. Sadə kafelərdə nahar etmək 1ortalama 10-12 manata başa gəlir. Dediyimiz kimi, adi mağazalarda alkoqol satılmır, əgər alkoqollu içki istəyirsinizsə, ya bahalı kurortlara getməlisiniz, ya da axşam Maleyə yaxınlaşan gəmi-mağazaya getməlisiniz. Burada içkilərin qiyməti yüksək olur, məsələn, bir şüşə pivəni 8-10 manata ala bilərisniz.

Bütün adalarda balıq yeməkləri üstünlük təşkil edir. Dəniz məhsullarından hazırlanan yeməklər burada ucuzdur, bütün yerli kafelərdə dadına baxa bilərsiniz. Necə deyərlər, okean əllərinin altındadır.

Turlar

Qaldığınız oteldə, və ya adada yerləşən turistik agentliklərdə soruşsanız, sizə fərqli turlar təklif edəcəklər. Qiymətləri də elə turlar kimi fərqlidir, 30 dollardan tutmuş, istədiyiniz qiymətədək. Çətinlik orasındadır ki, Maldiv adalarında ediləsi o qədər də çox şey yoxdur. Muzeylər və sair mədəni istirahıt üçün Asiyanın digər ölkələrini seçməyiniz məsləhtdir. Burada isə velosiped sürə bilərsiniz, çimərlikdə üzüb və ya «zaqar» ala bilərsiniz, dayvinq və ya snorklinqlə məşqul ola bilərsiniz.

İndi keçək dayvinq və snorklinq məsələlərinə.

Dayvinq (dalğıclıq) — xüsusi avadanlıq tələb edir. Sizə kostyum və hava ballonu verəcəklər. Dayvinq zamanı siz su altında uzunmüddətli qala bilərsiniz. Dərinə üzüb, rifdən kənara çıxa biləcəksiniz. Bu «activity» üçün sizə xüsusi instruktaj keçirilməlidir.

Snorklinq isə bir o qədər də çətin deyil və su altında qıssamüdətli qalınır. Sizə xüsusi sualtı eynək lazım olacaq. Rifdə, dərin olmayan yerlərlə üzüb, rəngarəng balıqları seyr edəcəksiniz. «Nemo» cizgi filmi yadınızdadırsa, orada olan bütün balıqlar Maldiv adalarının sahillərində yaşayır.

Biletlər

Biletlər, təəssüf ki, ən çətin məqamdır. Bakıdan birbaşa uçuşlar olmadığından, yaxında yerləşən böyük «hub»-lardan istifadə etmək olar. Ən rahatı İstanbul, Dubay və ya Əbu-Dabidir.

Bu şəhərlərin arasında ən ucuz biletlər payız aylarından Əbu-Dabiyə olacaq. «WizzAir» şirkəti sentyabr ayından başlayaraq, hər həftənin ikinci və altıncı günləri Bakı — Əbu-Dabi — Bakı uçuşlarını yerinə yetirəcək. Buna görə, aviasales.az saytına girib, Bakı — Əbu-Dabi — Bakı reysini tapa bilərsiniz. Bundan sonra Əbu-Dabi — Male — Əbu-Dabi reyslərinə baxıb marşrutun ilk hissəsi ilə tutşdura bilərsiniz. Belə halda bir nəfərə gediş-dönüş 800-1000 azn arası olmaqla, biletlər tapmaq olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top