Makronun Fransanın yeni baş nazirini təyin etməsinin vaxtı açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Makronun Fransanın yeni baş nazirini təyin etməsinin vaxtı açıqlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron avqustun 28-dək yeni baş naziri təyin etməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Journal du Dimanche” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Makron siyasətçi olmayan namizədi seçə və istefa verən nazirlərin bir qismini yeni komandada saxlaya bilər.

İyulun 16-da Makron Fransanın Baş naziri Qabriel Attalın istefasını qəbul edib. O, hökumət üzvləri ilə birlikdə yeni hökumətin təyinatından əvvəl cari məsələlərin həllini təmin edəcək.

İyulun 7-də Fransada respublika parlamentinin aşağı palatasına növbədənkənar seçkilərin ikinci turu keçirilib. Aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon hökuməti qurmağa hazır olduğunu açıqlayıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top