Macarıstanda günəş enerjisinin istehsalı 47 faiz artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Macarıstanda günəş enerjisinin istehsalı 47 faiz artıb

Budapeşt, 25 avqust, AZƏRTAC

“Ötən il Macarıstan 2030-cu ilə tullantıların 40 faiz azaldılmasını nəzərdə tutan iqlim məqsədinin illik hissəsini artıqlaması ilə yerinə yetirib”.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin energetika naziri Çaba Lantoş bildirib.

Onun sözlərinə görə 2023-cü ildə tullantılar 9,5 faiz azaldılıb. Eyni zamanda ən çox azalma enerji sektorunun payına düşüb – 11 faiz. İstehlakçıların məlumatlandırılması və mülayim qış havası sayəsində əsas elektrik və istilik stansiyalarının tullantılar 20 faiz azaldılıb.

Nazir qeyd edib ki, Macarıstanda günəş enerjisinin istehsalı 47 faiz artırılıb.

O, Avropa Statistika Komitəsinin avqust ayına olan məlumatına istinadla bildirib ki, 2024-cü ilin ilk rübündə Macarıstan tullantıların azaldılması üzrə Avropa İttifaqında ilk üçlükdə yer alıb.

“Əldə edilmiş nəticələr Macarıstanın iqlim öhdəliklərinin yerinə yetirilməsinə sadiqliyini və ölkənin davamlı iqtisadiyyat yolunda əhəmiyyətli irəliləyişini əyani şəkildə nümayiş etdirib”, – deyə Lantoş vurğulayıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top