Macarıstan şirkətləri ilə AÇG və “Şahdəniz” layihələrində mövcud əməkdaşlıq müzakirə edilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, birgə müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb. Regional səviyyəli yaşıl enerji layihəsinin Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrini, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolundan bəhs edilib.
Görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə də toxunulub. Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Söhbət zamanı COP29 tədbirinin fəaliyyət gündəliyinin enerji istiqamətindən də bəhs edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]