London eşqi bitdi: Milyarderlər artıq ərəb şəhərinə üstünlük verirlər
Təminatlı insanlar artıq Londonda deyil, Dubayda əmlak almağa üstünlük verirlər.
Bu barədə “Bloomberg” Britaniya paytaxtındakı daşınmaz əmlak agentliklərindən birinin rəhbərinə istinadən yazır.
Rieltor müştərilərdən biri, adı açıqlanmayan milyarderlə söhbətinin təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, müştərisi Belqraviyada (Londonun tarixi mərkəzindəki ərazi) penthaus satır.
“Londonla işimiz bitdi”, – deyə milyarder ona bildirib.
Penthausun qiyməti 20 milyon funt-sterlinqi keçir, lakin satıcı xaricə tez getmək və vergilərə qənaət etmək üçün endirim etməyə hazırdır.
Agent izah edib ki, bu müştərisinin seçimi də Dubayın üzərinə düşüb.
Britaniya qanunlarına görə, vətəndaşın xaricdə daimi yaşayış yeri varsa, xaricdəki gəlirinə görə vergi ödəməyə bilər.
Məqalədə qeyd olunub ki, varlı müştərilər üçün digər cəlbedici şəhər və ölkələr arasında Türkiyə, Sinqapur, Honkonq, Monako, İsveçrə və İtaliya da var.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]