Leyboristlər Partiyasının üzvlüyü son 10 ilin ən aşağı səviyyəsinə enib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Leyboristlər Partiyasının üzvlüyü son 10 ilin ən aşağı səviyyəsinə enib

London, 23 avqust, AZƏRTAC

Leyboristlər Partiyasının üzvlüyü Kir Starmer dövründə son 10 ilin ən aşağı səviyyəsinə enib.

AZƏRTAC xəbər verir ki, partiya keçən il 37 min üzv itirib və 2023-cü ilin sonunda ümumi üzvlük sayı 370450 nəfər olub. Bu isə 2014-cü ildən bəri partiyada qeydə alınan ən aşağı göstəricidir. 2019-cu ildə Ceremi Korbinin Leyboristlər Partiyasının lideri olduğu zaman isə partiyada 532 min nəfər üzv olub.

Sayın azalması ilə seçki öncəsi xərcləri artıran partiya 851 min funt sterlinq zərər etdiyini açıqlayıb. Bu məbləğ, gözləniləndən daha kiçik kəsir olaraq qiymətləndirilir, çünki əvvəlcə partiyanın 2023-cü il ərzində 2,5 milyon funt sterlinq zərər edəcəyi proqnozlaşdırılmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top