
Leonardo da Vinçinin anası qafqazlı imiş – FOTO
İtalyan intibah dövrünün ustad sənətkarı Leonardo da Vinçinin anası çərkəz imiş.
Bu barədə italiyan yazıçı və ədəbiyyat professoru Karlo Veççe məlumat yayıb.
L’Orientale Neapolitan Universitetində italyan ədəbiyyatı professoru kimi çalışan Veççe dahi rəssam Da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.
O, Florensiya Dövlət Arxivində Leonardonun doğulmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalı sənəd aşkar edib. Notarial aktda qadının Yaqub adlı çərkəz knyazının qızı Katerina olduğu yazılıb. Sənədi notarius Pyero da Vinçi (Leonardonun atası) imzalayıb.
Alimin fikrincə, Katerina Qafqazdan Venesiyaya, ordan da Florensiyaya qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyib.
Bundan başqa o, muzdlu süd anası olub. Veççenin kəşfi Leonardonun qadının ilk övladı olmadığını deməyə əsas verir.
Mənbə: Avvenire
BƏNZƏR MƏQALƏLƏR
-
Yüzlərlə alim süni intellektin dayandırılması üçün imza topladı: “Hökumətlər işə qarışmalıdırlar!”
Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə bağlı məktub imzalayıb. Məktubda süni intellekt […]
-
Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu
“Walt Disney” şirkəti xərclərin azaldılması kampaniyası çərçivəsində “Marvel Entertainmentin sədri İsaak Perlmutteri istefaya göndərib. Onun […]
-
2023-cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb – FOTO
“The Hollywood Reporter” 2023-cü ilin ən yaxşı Hollivud stilistlərinin siyahısını tərtib edib. Müvafiq material nəşrin […]