Lənkəranda qəza baş verib, xəsarət alanlar var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lənkəranda qəza baş verib, xəsarət alanlar var

Lənkəran, 8 avqust, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda yol qəzası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Bundan sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəklərinə çırpılıb. Qəza nəticəsində üç nəfər – Lənkəran rayon Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top