Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Bakı, 18 may, AZƏRTAC

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top