Lahordan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lahordan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turkish Airlines” aviaşirkətinə məxsus Lahor-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək çatışmazlığı) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibbi klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top